Azərbaycanda toy etmədən evlənənlərin sayı AÇIQLANDIbackend

Azərbaycanda toy etmədən evlənənlərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 23 min 415 nikah qeydə alınıb.

NOCOMMENT açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, nikahların 12 min 127-si bu ilin ilk 3 ayında, 11 min 288-i isə “Şadlıq evləri”nin bağlı olduğu aprel-avqust aylarında qeydə alınıb.

Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-avqust aylarında nikahların sayı ötən ilin yanvar-avqust aylarındakından 2 dəfə az olub. Belə ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanda 42 min 163 nikah bağlanıb.

Koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunduğu aprel-avqust aylarında 5 min 821 boşanma qeydə alınıb. Karantin rejimindən əvvəlki ilk 3 ayda 3 min 823 boşanma qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-avqust aylarında boşanmaların sayı ötən ilin yanvar-avqust aylarındakından 17,6% az olub. Belə ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanda 11 min 317 boşanma qeydə alınıb.