Azərbaycanda toyların keçirilməsinə qoyulan qadağa gələn ilə kimi uzadılır? – TƏBİB-dən AÇIQLAMAbackend

Azərbaycanda toyların keçirilməsinə qoyulan qadağa gələn ilə kimi uzadılır? – TƏBİB-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yarım ildən çoxdur ki, toy, yas və kütləvi mərasimlərin keçirilməsinə qadağa qoyulub. Koronavirus pandemiyasının nə zaman bitəcəyi ilə bağlı dəqiq zaman bəlli deyil. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın 2 il və daha çox çəkəcəyi ilə bağlı açıqlama verib. Lakin bəzi mütəxəssislər pandemiyanın payızın sonunda bitəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Belə olan halda Azərbaycanda toylara qoyulan qadağa gələn ilə qədər uzadıla bilərmi?

NOCOMMENT xəbər verir ki, bununla bağlı konkret.az-ın sualını cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, toy, yas və digər mərasimlərin keçirilməsi ilə bağlı qərarları Operativ Qərargah verir: “Təkliflər müxtəlif aidiyyəti qurumlar tərəfindən verilə bilər.TƏBİB yalnız xəstəxanalarda müalicə işinə cavabdehdir. Bununla bağlı hər hansı təklifin olubn-olmaması ilə əlqədar olaraq məndə heç bir məlumat yoxdur”.

Deputat Ramil Həsən söyləyib ki, toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağalar, müəyyən qabaqlayıcı tədbirlərin hər biri vətəndaşlarımızın sağlamlığının qorunması və koronavirus pandemiyası zamanı baş verəcək problemlərin qarşısının alınması məqsədi daşıyır: “Bununla bağlı dövlət tərəfindən müəyyən addımlar atılır, atılmaqda da davam edir. Əlbəttə bu, sona kimi belə davam edə bilməz.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun “hər kəs koronavirusla yaşamağı öyrənməli, ölkələr isə sərhədlər açmalıdır” məsajından sonra koronavirusun bizi qısa müddət ərzində tərk etməyəcəyini, bununla mübarizə aparmaqla yanaşı “normal həyatımıza davam etməliyik” qənaətindəyəm. Ona görə də dövlətimizin müvafiq orqanları hər şeyi analiz etdikdən sonra müvafiq qərarlarını verəcəkdir. Bu günə kimi bu istiqamətdə uğurlu addımlar atılmaqdadır.

Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, toyların keçirilməsi ilə bağlı müsbət qərar verilə bilər. Bilirsiniz ki, Bakı,Sumqayıt, Abşeron istisna olmaqla 10 rayon və şəhər sərt karantin rejimindən çıxarılıb. Düşünürəm ki, insanlarımız sosial məsuliyyətini dərk edib, qoyulan qaydalara riayət edərsə, tezliklə normal həyatımıza qayıda bilərik. Bununla da biz arzuladlğımız formada toy və digər mərasimlərimizi keçirə bilərik”.