Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaq – İqtisadçıbackend

Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaq – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında bağlanılan sazişə görə, ticarət dövriyyəsini yaxın illərdə 15 mliyard dollara çatdırılması hədəfi var”.

NOCOMMENT.az xəbər verir ki, bunu qaynarinfo-ya iqtisadçı ekspert Natiq Cəfərli “Azərbaycan və Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert hesab edir ki, bu hədəfə çatmaq üçün qarşılıqlı ticarət dövriyyəsinin asanlaşdırılmasına, müxtəlif güzəştlərin olumasına, ikili vergiləndirməmə sistemindən imtina və bir çox başqa məsələlər də müzakirəyə çıxarılıb, operativ şəkildə həll olunur:

“Hökumətlər arasında yeni Preferensial Ticarət Sazişinin imzalanması ticarət dövriyyəsinin artırılmasına xidmət edir. Burada süni əngəllər aradan qalxmalı, gömrük rüsumları qarşılıqlı şəkildə güzəştlər tətbiq olunmalı və nəticə etibarı ilə hökumətlərarası 15 milyard dollarlıq hədəfə çatmaq mümkün olsun”.

Natiq Cəfərli qeyd edib ki, indiki rəqəmlərlə müqayisədə azı təqribən 3 dəfə artım lazımdır:

“Bunun üçün daha ciddi vergi və gömrük güzəştlərinin tətbiq olunması və birgə korporasiya olunmuş şəkildə ticarətin aparılmasına ehtiyac var. Bu baş verərsə həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Nəticədə Azərbaycanda Türkiyə məhsullarının ucuzlaşmasına xidmət etməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” protokol Türkiyədə qüvvəyə minib.