Azərbaycanda universitet tələbəsi vəfat etdibackend

Azərbaycanda universitet tələbəsi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi vəfat edib.

Bu barədə NOCOMMENT-ə LDU-nun mətbuat katibi Esmira İsmayılova məlumat verib.

Qeyd olunub ki, LDU-nun “Tarix-coğrafiya və incəsənət” fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının Va qrupunun tələbəsi Maral Anar qızı Quluzadə uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Lənkəran Dövlət Universitetin rəhbərliyi tələbə M.Quluzadənin vaxtsız vəfatından hədsiz kədərləndiyini bildirib, LDU-nun professor-müəllim-tələbə heyəti adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verilib.