Azərbaycanda unun qiyməti qalxıb?backend

Azərbaycanda unun qiyməti qalxıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda mağazalarda unun qiymətinin kəskin qalxdığı iddia edilir.

NOCOMMENT xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıblar. Belə ki, hətta bəzi yerlərdə qıtlıq yarandığı bildirilir.

İddialara görə, əvvəllər 27 manata olan 1 kisə – 50 kiloluq unun kisəsi indi ən ucuz yerdə 37-38 manatdan satılır. İstifadəçilər artıq bəzi yerlərdə 60 qəpiyə satılan çörəyi bu gün 70 qəpiyə aldıqlarını iddia edirlər.