Azərbaycanda uşaqlar arasında omikrona yoluxma qeydə alınıb?backend

Azərbaycanda uşaqlar arasında omikrona yoluxma qeydə alınıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaqlar arasında koronavirusun omikron ştamı ilə yoluxma sayı ilə bağlı statistika aparılmayıb”.

NOCOMMENT xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, uşaqların delta ştamına yoluxması ilə bağlı dünya təcrübəsində faktlar var: “Uşaqlar xəstəliyi böyüklərə nisbətən yüngül keçirir. Məktəblilər arasında eyni simptomlu xəstəliklərin yayılması mövsümi xarakter daşıyır. Bu da istina deyil. Pandemiya olduğuna görə əhalinin diqqəti həmin xəstələr üzərindədir. Bu da narahatlıq doğurur”.