Azərbaycanda uşaqlar vaksinasiya olunacaq?backend

Azərbaycanda uşaqlar vaksinasiya olunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən günlərdə qonşu Türkiyədə xroniki xəstəliyi olan 12 yaş və yuxarı vətəndaşların COVID-19 əleyhinə peyvənd olunması barədə açıqlama verilib.

Bəs Azərbaycanda uşaqların vaksinasiyasının aparılması gözlənilirmi?

NOCOMMENT.az xəbər verir ki, tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl APA TV-yə açıqlamasında bildirib ki, uşaqların peyvənd olunmasının təəccüblü heç nə yoxdur: “Yəni biz bu gün doğulan uşağa doğulduğu anda məsələn vərəm peyvəndi vururuq. Bundan əlavə tetanus, AKDS peyvəndi vururuq və bundan qorxmuruq. 12 yaşında hətta 10, 6 yaşında uşağa karonavirus peyvəndinin vurulmasının nə ziyanı ola bilər ki? Sadəcə bunlar ehtiyatla aparılır. Əvvəlcə tibb işçilərinə peyvənd vuruldu. Baxıldı ki, ciddi problemlər yoxdur, daha sonra əhalinin digər hissələrinə vuruldu. Və artıq təcrübəmiz olduğuna görə yavaş-yavaş uşaqlarda da peyvəndləmə olacaq. Çünki bu son dalğada ki, “ Delta” ştammının uşaqlarda da xəstəlik yaratdığı hətta çox ciddi olduğunu gördük və buna imkan verə bilmərik”.

Həkim həssas qrupundan başqa, sadə vətəndaşların da 3-cü doza peyvənd olunmasına münasibət bildirib. Həkim qeyd edib ki, vətəndaşların sırası gəldikdə 3 doza vaksin olunacaqlar: “Bəli, mən 3-cü doza peyvənd olunmuşam. Düzdür, 3-cü doza peyvənddən 1 ay sonra 4-cü doza peyvənd olunmaq şərti yoxdur, amma məsələn sabah mənim 1 ayım tamam olacaq və mən gedib 4-cü doza vaksin olunacağam. Amma hər 6 aydan bir peyvənd olunacaq. Çünki peyvəndlərin qoruma müddətinin 6 aydan az olduğu görüldü. Məsələn axırıncı dəfə fevralın ortasında peyvənd olunmuş insanın bundan 3-4 həftə əvvəl ciddi xəstələndiyinin şahidi olduq. Və bu bir dəfə deyil, bir çox hallarda belədir. Biz daha əvvəldən də bilirdik ki, xəstələnmiş insanda da, peyvənd olunmuş insanda da immunitet gedərək karonavirusa qarşı zəifləyir. Ona görə də 6 aydan bir, gələcəkdə 3 aydan bir bunların təkrarlanması mümkündür”.

Həkim sonda onu da bildirib ki, hər 6 aydan bir əhalinin 65-70 faizi peyvənd olunsa, heç bir problem olmayacaq.