Azərbaycanda uşaqların sayı getdikcə azalır – Statistikabackend

Azərbaycanda uşaqların sayı getdikcə azalır – Statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaqlarımız getdikcə azalır. Soruşacaqsınız necə? Axı hər gün neçə-neçə körpə doğulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır?”.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev bildirib.

“Məsələn, çox da uzaq olmayan dövrdə – 2005-ci ildə əhalinin 31,8 %-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb”.

Ekspert vurğulayıb ki, azalma özünü daha çox qız uşaqlarında göstərir:

“Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2,5%-dən 3,7 %-ə yüksəlib”.