Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldıbackend

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda sabiq bələdiyyə sədri barəsində cinayət işi açılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.