Azərbaycanda xəstəxanada tavan uçub? – AÇIQLAMAbackend

Azərbaycanda xəstəxanada tavan uçub? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi kütləvi informasiya vasitələrində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qadınların yerləşdirildiyi palatada tavanın uçması ilə bağlı məlumat yayılıb.

Qeyd edilib ki, hadisə nəticəsində xəstələr digər palataya köçürülüblər.

NOCOMMENT.az xəbər verir ki, institutdan oxu.az-a verilən məlumata görə, tavanın uçması və xəsarət alanların olmasına dair yayılan məlumatlar əsassızdır.

Bildirilib ki, sadəcə yağışla əlaqədar palatanın tavanında su sızıntısı olub. Buna görə də xəstələr digər palataya köçürülüb.