Azərbaycanda xəstəxananın baş həkiminə cəza verildibackend

Azərbaycanda xəstəxananın baş həkiminə cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və vəzifə saxtakarlığında təqsirləndirilən Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının baş həkimi Natiq Əliyev, həmin xəstəxananın stasionar şöbəsinin həkim nevropotoloqu Mətanət Quliyevanın cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

NOCOMMENT.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Natiq Əliyevin qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla o, 2 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri isə ləğv olunub.

Mətanət Quliyevaya isə 1500 manat cərimə cəzası təyin edilib, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib və o, cəzadan azad olunub. Mətanət Quliyevanın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

İttihama görə, həmin şəxslər Vüqar adlı vətəndaşa əlillik dərəcəsi verilməsi üçün ondan rüşvət alıblar.