Prezident İlham Əliyev Azərbaycanda xüsusi təyinatlı 3 hərbi kollecin yaradılması haqqında sərəncam verib.
NOCOMMENT.az xəbər verir ki, bu haqda maddə “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda öz əksini tapıb.
Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək öz əksini tapıb.