Azərbaycanda yas mərasimləri – Xərclər 20 min manata çatırbackend

Azərbaycanda yas mərasimləri – Xərclər 20 min manata çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yas mərasimlərində təxminən 18-20 min manat xərc tələb edilir.

NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eyyub Kərimli feysbuk hesabında yazıb.

“Birinci gün, yəni vəfat və cənazə günü – cənazənin yuyulması,kəfən,dəfn maşını,cənazə namazı -1000 -1500 azn. Qəbir yeri tapa bilsəniz şəhərdən kənarda – 2500-3000azn. 300 azn qəbrin qazılması. Yas mərasiminin 3 gününə qədər evə gələnlər üçün 300 – 500 azn. Mərhumun üç və yeddi mərasim evi bir nəfər üçün minimum 30 azn, 200 nəfərdən hesablasaq, 6000 azn. Bundan başqa, molla 500 azn. Mərhumun 40-na qədər cümə axşamları: 250 azn x 5 =1250 azn. 40 mərasimi 30 azn x 200 nəfərə = 6000 azn Sonda başdaşı minimum 1500 azn. Beləliklə 40 gün ərzində 18000-20000 xərc”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, matəm qəfil bir məsələdir və bəzən ailələri hazırlıqsız vəziyyətdə yaxalayır:

“Mərhum üçün əbədi rəhmət oxutdurmaq üçün bu vəsaitin, imkansız uşaqların təhsil haqqısına, ağır xəstələrin müalicəsinə xərclənməsi daha böyük savab olardı. Mərasim evlərində verilən ehsanın maya dəyəri 20 azn-dən çox deyil, hər mərasimdən ayda 40-60 min gəlir əldə edilit. Dövlət tərəfindən böyük