Azərbaycanda yaşayış evləri ən çox hansı rayonlarda istifadəyə verilib – SİYAHIbackend

Azərbaycanda yaşayış evləri ən çox hansı rayonlarda istifadəyə verilib – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk yarısında Azərbaycanda ümumi sahəsi 702 min 910,5 kvadratmetr olan yaşayış evləri istifadəyə verilib.

NOCOMMENT.az Yeniavaz.com-a istinadən xəbər verir ki, istifadəyə verilən yaşayış evlərinin 44,3%-i və ya 311 min 404 kvadratmetri Bakı şəhərinin payına düşüb.

Bakıdan sonra ən çox yaşayış evi Naxçıvan Muxtar Respublikasında istifadəyə verilib. Bu ilin ilk yarısında Naxçıvanda istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 82 min 459,5 kvadratmetr olub.

Ən çox yaşayış evinin istifadəyə verildiyi digər 10 şəhər və rayon aşağıdakılar olub:

Salyan rayonu – 28 420,8 kvadratmetr
Sumqayıt şəhəri – 20 095 kvadratmetr
Yevlax rayonu – 19 284,2 kvadrat metr
Sabirabad rayonu – 19 009,9 kvadratmetr
Şəki rayonu – 15 628,8 kvadratmetr
Abşeron rayonu – 15 024,3 kvadratmetr
Şəmkir rayonu – 13 873 kvadratmetr
Cəlilabad rayonu – 13 868 kvadratmetr
Şirvan rayonu – 13 775,8 kvadratmetr
Mingəçevir şəhəri – 12 683,4 kvadratmetr

Bunlardan başqa aşağıdakı şəhər və rayonların ərazisində bu ilin yanvar-iyun aylarında yaşayış evi istifadəyə verilməyib.

Naftalan şəhəri
Daşkəsən rayonu
Ağdərə rayonu
Xankəndi şəhəri
Xocalı rayonu
Xocavənd rayonu
Şuşa rayonu
Cəbrayıl rayonu
Kəlbəcər rayonu
Qubadlı rayonu
Laçın rayonu
Zəngilan rayonu
Neftçala rayonu