Azərbaycanda yeni televiziya kanalı açılacaqbackend

Azərbaycanda yeni televiziya kanalı açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Televiziya və Radio Şurası ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün müsabiqə elan edib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlərin 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasına müraciət etməlidirlər.

İxtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV kanalı olacaq.

Müsabiqədə iştirak еtmək üçün 200 manat həcmində birdəfəlik ödəniş edilməlidir. Müsabiqədə Azərbaycan vətəndaşı оlmayan şəхslər, siyasi partiyalar və dini qurumlar iştirak edə bilməzlər.