Azərbaycanda yüksək vəzifəyə TƏYİNATbackend

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, “report”un əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə Samir Ağabalayev təyin olunub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Zaur Əliyev olub. O, sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə bu vəzifəyə təyin olunmuşdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.