Azərbaycandakı “Akıncı” pilotsuz uçuş aparatı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycandakı texniki heyəti buna hazır idi”, – şirkət rəhbəri deyib.
O qeyd edib ki, ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akıncı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub.