Azərbaycandakı dublyaj səhvləri açıqlandıbackend

Azərbaycandakı dublyaj səhvləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzTV, İTV, İdman TV, özəl kanallardan Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, region kanallarından isə ARB Günəş-də yayımlanan dublyaj filmləri monitorinq edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Dövlət Dil yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva məlumat verib.

G.Hacıyeva qeyd edib ki, dublyajların monitorinqi yuxarıda sadalanan televiziya kanallarında yayımlanan bədii film, sənədli film, cizgi filmi va teleseriallarda səsləndirilən dil faktlarının toplanması nəticəsində gerçəkləşib: “Faktların təhlili zamanı çoxlu orfoepik, leksik, qrammatik norma pozun tularına, eyni zamanda yanlış ifadələrə, tərcümə zamanı yol verilən üslubi xətalara rast gəlinib. Aparılan monitorinqin nəticəsi olaraq qeyd etmək lazımdır ki, dublyajların səsləndirilməsində ayrı-ayrı səslərin, sözlərin, ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlədilməməsi halları daha çox müşahidə olunur”.

Qurum rəsmisinin sözlərinə görə, monitorinqin nəticələrinə əsasən, qeydə alnmış 350 dil faktından 302-si hesabata daxil edilib: “Onlardan 72-si orfoepik, 7-si orfoqratik, 70-i leksik, 27-si qrammatik, 126-sı isə üslub və ifadə səhvidir”.