Azərbaycandan 110 nəfər Türkiyəyə yola düşübbackend

Azərbaycandan 110 nəfər Türkiyəyə yola düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərdən sonra Türkiyəyə ilk yardım əlini uzadan ölkələrdən biri olan Azərbaycandan 110 nəfərlik axtarış-xilasetmə qrupu Türkiyəyə gəlir.

NOCOMMENT-in məlumatına görə, Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edir.

Zəlzələdən sonra dünyanın bir çox yerindən Türkiyəyə yardım və axtarış-xilasetmə qrupları gəlib. Qardaş ölkə Azərbaycan Türkiyəyə yardım üçün ilk addım atan ölkələrdən biri olub. Azərbaycan daha bir axtarış-xilasetmə qrupu göndərib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 110 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Türkiyəyə getmək üçün Bakıdan yola düşüb. Nazirlikdən verilən məlumata görə, 110 nəfərlik heyət və müxtəlif materiallardan ibarət təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Komandanın Hatayda axtarış-xilasetmə işlərinə qatılacağı bildirilib.