Azərbaycandan ixrac olunan meyvə-tərəvəzin dəyəri artıbbackend

Azərbaycandan ixrac olunan meyvə-tərəvəzin dəyəri artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə dəyəri 153 931,68 min ABŞ dolları dəyərində 121 959,89 ton meyvə-tərəvəz ixrac edib.

NOCOMMENT.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 3,2% artıb, həcmi isə 9,4% azalıb.

Qeyd edək ki, yanvar-apreldə Azərbaycandan ixrac olunan meyvə-tərəvəz mallarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.

Hesabat dövründə 73 341,05 min dollar dəyərində 58 985,91 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 47,7%, həcm göstəricisi üzrə isə 40,8% artıb.

Cari ilin yanvar-aprel ayları ərzində 43 324,15 min dollar dəyərində (20,3% azalma) 7 052,98 ton (azalma 29,6%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 8 354,94 min dollar dəyərində 19 732,63 ton alma ixrac olunub ki, bu göstərici üzrə həcm olaraq 44,3%, dəyərində isə 43,1% azalma müşahidə olunub.

Hesabat dövründə 14 135,93 min dollar dəyərində 17 947,06 ton xurma ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 22%, həcm göstəricisi üzrə isə 24,7% azalıb.