Azərbaycandan külli miqdarda dollar çıxarmaq istəyən İran vətəndaşı SAXLANILDIbackend

Azərbaycandan külli miqdarda dollar çıxarmaq istəyən İran vətəndaşı SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici valyutanın gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda ölkəmizdən İran İslam Respublikasına gedən həmin ölkə vətəndaşının idarə etdiyi “Jack” markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman ixrac yoxlama xəttində saxlanılıb.

Aparılan yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının çöl hissəsində və dartıcı ilə qoşqunun arasında yerləşən havalandırma borusunun içərisində gömrük nəzarətindən gizlədilən 22 260 ABŞ dolları aşkar edilib.