Azərbaycandan sonra Ermənistana getdibackend

Azərbaycandan sonra Ermənistana getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanda səfərdədir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, İrəvanda hava limanında onu erməni həmkarı Mqer Qriqoryan qarşılayıb.

Overçuk İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Görüş zamanı Qarabağa dair üçtərəfli işçi qrupunun fəalliyyətinə dair məsələlər müzakirə olunacaq.

Overçuk bu gün axşam Ermənistana səfərini başa vuracaq.

Qeyd edək ki, Overçuk bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.