Azərbaycandan Türkiyəyə 236 milyon 667 min TL maliyyə yardımıbackend

Azərbaycandan Türkiyəyə 236 milyon 667 min TL maliyyə yardımı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bir-birinin ardınca baş verən zəlzələdə Türkiyənin acısını ilk andan hiss etdi və paylaşdı…

NOCOMMENT xəbər verir ki, Azərbaycan dövləti zəlzələnin ilk günündən fevralın 17-dək Türkiyəyə 15 təyyarə və 350 yük maşını ilə humanitar yardım çatdırıb. Bundan əlavə, dövlət qurumları, özəl şirkətlər və fiziki şəxslər tərəfindən ümumilikdə 21 milyon 367 min manat (236 milyon 667 min TL) maliyyə yardımı edilib.

Fevralın 6-da Kahramanmaraşda baş verən və ətraf vilayətlərdə böyük dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra qardaş ölkə Azərbaycan Türkiyəyə köməyə tələsən ilk ölkələrdən olub. Azərbaycan Xarici İşlər Nazirliyi 39 972 nəfərin həlak olduğu zəlzələdən sonra fevralın 17-dək Azərbaycan dövlətinin Türkiyəyə göndərdiyi humanitar yardımın məbləğini açıqlayıb.