Bu gün növbəti dəfə Azərbaycandan Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndərilib.
NOCOMMENT “Report”a istinadən xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.
Təyyarə saat 09.00-da havaya qalxıb.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.