Azərbaycanfilm-in direktoru işdən çıxdı, yenisi təyin olundubackend

Azərbaycanfilm-in direktoru işdən çıxdı, yenisi təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.

F.Əhmədov işdən martın 1-də ayrıldığını bildirib. O, fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, F. Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.

“Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyinatı olub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bu vəzifə Nazim Hüseynova həvalə olunub. O, bu tarixədək “Salnaməfilm” studiyasının direktoru idi. N. Hüseynov, həmçinin F. Əhmədova qədər “Azərbaycanfilm”də direktor səlahiyyətlərini icra edirdi.