Azərbaycanı Avropa çempionatında təmsil edəcək stolüstü tennisçilər kimlərdir?backend

Azərbaycanı Avropa çempionatında təmsil edəcək stolüstü tennisçilər kimlərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında təmsil edəcək yeniyetmələrdən ibarət yığmanın heyəti müəyyənləşib.

NOCOMMENT.az AZƏRTAC-a istinadla xəbər verir ki, turnirdə 19 yaşlılar arasında Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Elşən Hüseynov, 15 yaşlılarda isə Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaqlar.

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov isə qitə çempionatının oyunlarını idarə edəcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 12-21-də İsveçin Malmö şəhərində təşkil olunacaq.