“Azərbaycanı dəvət edirlərsə, deməli, bizimlə hesablaşırlar” – AÇIQLAMAbackend

“Azərbaycan dəvət edirlərsə, deməli, bizimlə hesablaşırlar” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Müdafiə Nazirliyinin rəhbəri heyəti və rəsmiləri müxtəlif ölkələrə səfərlər edirlər. Bu çərçivədə bir sıra görüşlər keçirilir və hərbi əməkdaşlıqlar müzakirə olunur. Hərbi ekspertlər vurğulayırlar ki, Vətən müharibəsindəki qələbədən sonra ölkəmizə maraq artıb və Azərbaycanın təcrübələrini öyrənmək istəyirlər.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, səfərlər sadə məqsədlər üçün edilmir:

Şair Ramaldanov

“Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəhbər heyətinin və rəsmilərinin müxtəlif ölkələrə səfərlər etməsi normaldır. Çünki ölkəmiz müxtəlif dövlətlərlə hərbi sahədə əməkdaşlıq edir. Bu çərçivədən də MN Azərbaycanın qarşısında qoyduğu məqsədlərdən irəli gələrə müəyyən addımlar atır. Bəzən ölkəmizə səfərlər, bəzən də bizim rəsmilərimizin bəlli dövlətlərə getməsi bu qəbildəndir. Hər görüş növbəti zamanlar üçün nəzərdə tutulan layihələrin tərkib hissəsidir. Qeyd etdiyim kimi, səfərlər sadə məqsədlər daşımır. Tərəflərin burada müəyyən planları var. Görüşlərin coğrafiyasının genişlənməsi Azərbaycanın artan nüfuzundan xəbər verir. II Qarabağ müharibəsində qazandığımız qələbədən sonra bir çox dünya dövlətinin ölkəmizə qarşı marağı artıb. Baxın, Rusiya – Ukrayna müharibəsi illərdir davam edir. Yaxın Şərqdəki qarşıdurmada 1 ildir ki, başa çatmır. Ancaq Azərbaycan HƏMAS-dan da güclü silahlanmış terrorçu qrupunu 1 gün içində məhv etdi”.

Ekspert bildirdi ki, Azərbaycan artıq lokomotiv rolunu oynayır:

“Elm və texnologiya inkişaf edir. Daim müasir silahlar orduların arsenalına daxil olur. Biz də boş oturmuruq. Azərbaycan Türk dilli ölkələr arasında da lokomotiv rolunu oynayır. Ona görə də Orta Asiyada görüşlərin çox olması da bununla bağlıdır. Azərbaycanı dəvət edirlərsə, demək ki, bizimlə hesablaşırlar. Düşünürəm ki, belə səfərlər bundan sonra da olacaq. Çünki biz daim tərəfdaşlıq münasibətlərinə açığıq. Ancaq bir şeyi unutmaq olmaz ki, yalnız bir dövlət – Ermənistan bu siyahıya aid edilə bilməz. Çünki onlar müstəqil siyasət yürütmürlər. Daim havadarlarının sifarişlərini yerinə yetirirlər. Ölkəmiz bunu daim nəzarətdə saxlayır”.