Azərbaycanın 6 cüdoçusu medal qazandıbackend

Azərbaycanın 6 cüdoçusu medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

NOCOMMENT.az xəbər verir ki, yarışın ilk günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb.

Tofiq Məmmədov (-66 kiloqram) və Gültac Məmmədəliyeva (-52 kiloqram) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.

Hüseyn Allahyarov (-60 kiloqram) ilə Ülviyyə Bayramova (-57 kiloqram) gümüş medala yiyələniblər. Elşən Əsədov (-66 kiloqram) və İbrahim Əliyev (-73 kiloqram) millimizin aktivinə bürünc medal yazdırıblar.

Açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.

  • Azərbaycanın 6 cüdoçusu medal qazandı
  • Azərbaycanın 6 cüdoçusu medal qazandı

Buna da baxın

ABŞ-dan Azərbaycana tarixi dəvətbackend
Siyasət
ABŞ-dan Azərbaycana tarixi dəvət