Azərbaycanın ABŞ-da neçə diplomatik missiyası var?backend

Azərbaycanın ABŞ-da neçə diplomatik missiyası var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə ABŞ-da fəaliyyət göstərən Azərbaycanın diplomatik missiyalarına qarşı radikal erməni qrupları tərəfindən təxribatlar yer alıb.

NOCOMMENT xəbər verir ki. bəzi məlumatlarda missiyalarımızla əlaqədar müəyyən qeyri-dəqiqlik və çaşqınlıq da müşahidə olunur.

Belə ki, bir ştatda baş verən hər hansı bir məsələ ilə bağlı digər diplomatımızın adı çəkilir, ittiham olunur. Ona görə ABŞ ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik missiyaları haqqında bir sıra məlumatları oxucuya təqdim edirik.

Hazırda ABŞ ərazisində Azərbaycanla ikitərəfli münasibətləri tənzimləyən paytaxt Vaşinqtonda yerləşən Azərbaycan Respublikasının Səfirliyi, Los Anceles şəhərində Baş konsulluq və Santa Fe şəhərində Fəxri Konsulluq mövcuddur.

Eyni zamanda Nyu York şəhərində yerləşən ABŞ ilə ikitərəfli münasibətlər əsasında yox, Birləşmiş Millətlər Təşkilatının (BMT) yanında akkreditə olunmuş Azərbaycan Respublikasının Daimi nümayənədliyi faliyyət göstərir.

Nyu York şəhərində yerləşməsinə baxmayaraq, Daimi nümayəndəliyin fəaliyyəti ABŞ-Azərbaycan ikitərəfli münasibətləri ilə deyil, birbaşa beynəlxalq təşkilat olan BMT ilə bağlıdr.

Qeyd edək ki, Azərbaycan Respublikasının BMT yanında Daimi nümayəndəliyinin əsası 1992-ci ildə, Vaşinqtondakı Səfirliyi 1993-cü ildə və Los Anceles şəhərində Baş konsulluq isə 2006-cı ildə fəaliyyətə başlamışdır.

Azərbaycanın ABŞ-dakı əsas diplomatik təmsilçisi Vaşinqtondakı Səfirliyidir və ikitərəfli münasibətləri bütün ABŞ ərazisində ümumi siyasi koordinasiya aparan və bütün ştatlarda akkreditisaya olan diplomatik missiyadır.
Lakin Los Anceles şəhərindəki Baş Konsulluğun öz konsulluq dairəsi olduğuna görə Səfirliyin konsulluq fəaliyyəti ABŞ-ın 13 qərb ştatı istisna olmaqla qalan 37 ştata və digər statusda olan ərazilərə aiddir.

Los Anceles şəhərindəki Baş Konsulluq Kaliforniya ştatı ilə yanaşı digər 12 qərb ştatlarından Montana, Vyominq, Kolorado, Nyu Meksika, Aydaho, Yuta, Arizona, Nevada, Vaşinqton, Oregon, Alyaska və Havayla yerli və ştatlar səviyyəsində iş aparır.

Bununla Baş konsulluq öz dairəsində konsulluq xidmətlərinə və icma ilə iş üzrə birbaşa cavabdehdir. Bu 13 ştat istisna olmaqla ABŞ-ın digər 37 ştatı və əraziləri Vaşinqtondakı Səfirliyin konsulluq dairəsinə daxildir. Bununla da Azərbaycan vətəndaşları öz yaşayış yerləri əsasında müvafiq olaraq Səfirliyin konsulluq şöbəsində və ya Kaliforniya daxil olmaqla Los Ancelesdəki Baş konsulluqdan qeydiyyatdan keçərək xidmətlərdən faydalanırlar.

Məhz buna görə Azərbaycan icmaları ilə işə də fərqli ştatlarda Səfirlik və ya Los Ancelesdəki Baş Konsulluq müvafiq olaraq məsuldurlar. Onu da qeyd etmək lazımdır ki, diplomatik qaydalara əsasən, səfirliklər yalnız ölkələrin paytaxtlarında yerləşə bilər və Azərbaycan Respublikasının Səfirliyi ABŞ-da da Vaşinqton şəhərində fəaliyyət göstərir. Digər şəhərlərdə yerləşən konsulluqlar və bu yöndə fəaliyyət göstərən missiyalar olur.

Qeyd edək ki, ABŞ-da Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, BMT yanında Daimi Nümayəndəlikdə səfir rütbəsinə malik olan Daimi nümayəndə Yaşar Əliyev və Los Ancelesdə yerləşən və qərb ştatlara məsul olan Baş konsul isə Nəsimi Ağayevdir.

Gununsesi.org