KoronaVirus İnformasiya Portalı
Azərbaycanın Avroviziya mahnı müsabiqəsində iştirakı təsdiqləndibackend

Azərbaycanın Avroviziya mahnı müsabiqəsində iştirakı təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən NOCOMMENT-ə verilən məlumata görə, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq Avroviziya-2021 mahnı müsabiqəsində ölkəmizi Samira Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan Avroviziyanın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Avroviziya-2021 mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.