Azərbaycanın avtomobil yollarının hazırkı vəziyyəti açıqlanıbbackend

Azərbaycanın avtomobil yollarının hazırkı vəziyyəti açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yollarının hazırkı vəziyyətini açıqlayıb.

NOCOMMENT məlumatı təqdim edir:

S/s Yolun adı (istiqamətlə) Mövcud vəziyyəti
1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi Yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
2 Giləzi-Xızı Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
3 Bakı-Qobustan Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
4 Qobustan-Şamaxı-Muğanlı Yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5 Muğanlı-Ağsu-Yevlax Yağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
6 Bakı-Ələt-Hacıqabul Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7 Hacıqabul-Ucar-Yevlax Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.b
8 Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9 Muğanlı-İsmayıllı Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
10 İsmayıllı-Qəbələ-Oğuz-Şəki

Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11 Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəd Yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
12 Yevlax-Şəki (Göybulaq) Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13 Gəncə-Daşkəsən-Xoşbulaq Yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
14 Şəmkir-Gədəbəy Yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
15 Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
16 Masallı-Yardımlı Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
17 Lənkəran-Lerik Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
18 Hacıqabul-Bəhramtəpə-Horadiz Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.