Cari ilin birinci yarımilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2025-ci ilin birinci yarısının yekunlarına həsr olunan kollegiya iclasında qeyd olunub.
Məlumata görə, qurumun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.\\Lent.az