Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldubackend

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb.

NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilən 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub.

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir.

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.