Azərbaycanın azad etdiyi erməniləri Paşinyan niyə tutdurur?backend

Azərbaycanın azad etdiyi erməniləri Paşinyan niyə tutdurur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il noyabrın 16-da Azərbaycan tərəfindən saxlanılan və bir qədər sonra Ermənistana qaytarılan 26 hərbçidən heç biri zərərçəkmiş kimi tanınmayıb.

Lakin Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildirilib ki, Azərbaycan tərəfindən qaytarılan 26 hərbçidən 6-sı barəsində cinayət işi başlanıb. Həbs olunanlardan üçü zabitdir.

Maraqlıdır, Paşinyan Azərbaycanın qaytardığı erməniləri niyə tutdurur? Buna səbəb nədir?

NOCOMMENT xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev yenisabah-a açıqlamasında deyib ki, düşmən ölkə öz hərbçilərinə mesaj vermək üçün hüquqi proseduru həyata keçirir: “Ermənistan öz hərbçilərinin niyə əsir düşdüyünü araşdırmağa çalışır. Xüsusən də düşünürlər ki, əllərində silah olduqları halda necə özlərini müdafiə edib, qarşı tərəfə ziyan vurmayıblar. Onlara görə, hərbçilər nə yolla olur-olsun əsir düşməməlidirlər. Əsir düşməmək üçün hərbçilər ya bizim Silahlı Qüvvələrimizlə atışmalı, ya da özlərinə xəsarət yetirməli idilər. Bir sözlə sağ qalmamalıydılar”.

Ekspertin sözlərinə görə, indi sanki onlara cəza verirlər: “Bundan sonraki mərhələdə hər hansı bir konfilikt olarsa, cəbhə xəttində Ermənistan əsgərləri əsir düşmək məcburiyyətində qalarsa, bundan nəticə çıxaraacqlar. Yəni onlar da bunu edərlərsə, cəzaları həmin yöndə ola bilər.

Qaytarılan hərbçilərdən 3-nə məhkəmə tərəfindən həbs cəzasının verilməsi birbaşa bundan sonraki mərhələdə əsir düşəcək hərbçilərlə bağlıdır”.

E.Şıxəliyev qeyd edib ki, Ermənistan cəmiyyətində ciddi ziddiyyətlər yaranıb: “Döyüşə cəlb olunacaq şəxsi heyətin əsir düşmə ehtimalını azaltmaq üçün bu cür tədbirlər görürlər. Ermənistan cəmiyyətində ciddi ziddiyyətlər yaranıb. Gələcək mərhələlərdə təbii ki, ermənilər çalışacaq ki, əsir düşməmişdən öncə müqavimət göstərsinlər. İrəvanın istəyi bundan ibarətdir”.