Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıbbackend

Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə təşkil olunub.

Səfərdə icma üzvlərini kütləvi informasiya vasitələrinin nümayəndələri də müşayiət edir. Məqsəd Alban-Udi Xristian dini icması tərəfindən Kəlbəcərdə yerləşən qədim alban ziyarətgahı Xudavəng məbədinin ziyarət olunması və xristianların müqəddəs bayramı hesab olunan Pasxa bayramı münasibəti ilə məbəddə dini ayinin icrasını işıqlandırmaqdır. Dini ayinlərin icrası tədbirində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Udili iştirak edir.