Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir – FOTObackend

Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

NOCOMMENT koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir.

Sonrakı yerlərdə 15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizlə Lənkəran, 1,7 faizlə Quba-Xaçmaz, 1,4 faizlə Şəki-Zaqatala, 1,4 faizlə Dağlıq Şirvan, 1,2 faizlə Yuxarı Qarabağ, 0,03 faizlə Naxçıvan qərarlaşıb.

Bakı şəhəri üzrə bölgü aşağıdakı kimi olub:

Yoluxanların yaş qrupu üzrə bölgüsü aşağıdakı diaqramda göstərilib:

Yoluxanların çoxunun qadın olmasını aşağıdakı diaqramdan görmək mümkündür:

Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 1,6 faizi ölkə xaricində yoluxanlardır.