Azərbaycanın bu bölgəsində əhaliyə məcburi vaksin vurulur?backend

Azərbaycanın bu bölgəsində əhaliyə məcburi vaksin vurulur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vaksinasiya prosesi könüllü həyata keçirilsə də,bəzi rayonlarda xoşagəlməz hallar yaşanır.

NOCOMMENT.az xəbər verir ki, Ucar rayonu ərzisində vətəndaşlar məcburi vaksinasiya olunur. Bununla bağlı yerli icra orqanlarının əməkdaşları vətəndaşlara müxtəlif formada təyziqlər edərək onları məcburi vaksinasiyaya məcur edir.

Vətəndaşların Oxu24.com saytına verdiyi məlumata görə,polis əməkaşları siyahı əsasında vaksin olunmayan vətəndaşların evlərinə gəlir və onların məcburi vaksin olunacağını bildirir. Kənd sakinlərinin sözlərinə görə, onlara vaksin olunmayacağı təqdirdə küçəyə,mağazaya,bazara buraxılmayacaqları bildirilib və hətta vaksin olunmayan şəxslərin pensiyasının kəsiləcəyi də deyilib.Hətta bəzən vətəndaşlar məcburi post-patrul maşınları ilə xəstəxanaya aparılaraq vaksin olunur.

Bununla bağlı jurnalist Miri Məcidli də rayon ərazisində təyziqə məruz qalıb.Belə ki, Ucar rayonu,Qarabörk kəndi ərazisində,dördyol deyilən ərazidə dayandığı zaman mülki maşında olan polis əməkdaşı ona yaxınlaşıb. Bununla bağlı jurnalist öz sosial səhifə hesabında paylaşım edib.

“Yaxınlarım,qohumlarım və özüm vaksinasiyaya məcbur edilərək basqıya məruz qalmışıq.Ucar rayonu ərazisində polis əməkdaşları qanunsuz olaraq bizi məcburi vaksin etmək istəyir. Biz imtina etdikdə qəsdən bizə “ilişməyə” başladılar. Ucar rayonu,dörd yol ərazisində yolda dayandığım vaxt mülki maşında olan polis əməkdaşı məndən vaksin olub,olunmadığımı soruşdu. Yox,cavabı aldıqdan sonra məni məcburi maşına salıb vaksin üçün aparmağa cəhd etdi. Jurnalist olduğumu bildikdən sonra maşına minib qaçdı.Həmin polis əməkdaşı özü maşında maskasız idi Xahiş edirəm,bu özbaşnalığa son qoyulmasına yardım edəsiniz.Vaksinasiya könüllüdür,məcburi yox.”, deyərək jurnalist etiraz edib.

Xatırladaq ki, hadisə ilə bağlı DİN-in mətbuat xidmətinə sorğu ünvanlanıb.