Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı iyulda 45 % azalıbbackend

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı iyulda 45 % azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 573 kiberhücum indikatoru (IOC) müəyyən edib.

NOCOMMENT.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

Kibertəhdidlərin 206-sı daxili araşdırma, 367-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyulda isə 69 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 45 % azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.\\Valyuta.az