Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq – Paşinyanbackend

Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib.

O qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan tərəfi Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Alma-Ata bəyannaməsinə əsaslanan münasibətləri tənzimləmək barədə razılığa gəliblər.

“Üç gün əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın Azərbaycanın 86,6 kvadrat kilometr ərazisinin bütövlüyünü tanıdığını vurğulayaraq irəliyə doğru addım atdıq, Azərbaycan isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyıb”, – deyə Paşinyan bəyan edib.