Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik – FOTObackend

Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəriman Abbasovun hazırda Tofiq Musayevlə döyüşməsi mümkünsüzdür”.

NOCOMMENT.azın məlumatına görə, bu barədə Oxu.Az-a MMA idmançısı Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov deyib.

O, Zabit Səmədovun bu yaxınlarda Azərbaycanın yüngül çəkidə ən güclü idmançıları olan Nəriman Abbasovla Tofiq Musayevi keçirəcəyi turnirdə döyüşdürmək istəməsinə münasibət bildirib:

“Zabit Səmədovun bu barədə açıqlamasını oxumuşdum. Oxuyub təəccüblənmişdim. Bilirəm ki, Tofiq Musayev Zabitin zalında məşq keçir. Amma təmsil etdiyim “Qəbələ” idman klubuna və şəxsən mənə bu döyüş barədə müraciət olmayıb.

Olsa belə, mən bu döyüşə razılıq vermərəm. Tofiq yaxşı idmançıdır, güclü döyüşçüdür, beynəlxalq arenada uğurları bizi də qürurlandırır. “Bellator”la müqavilə bağlayıbsa, ona uğurlar arzulaya bilərik. Ancaq o, son döyüşündə uduzub. Nəriman da son qələbəsindən sonra hazırda dünyada məşhurlaşıb, diqqətləri öz üzərinə çəkib. Hamı onunla döyüşmək istəyir. Bu səbəbdən də Tofiqin 12 döyüşdür ki, uduzmayan Nərimanla qarşılaşması qeyri-mümkündür. Onların döyüşməsi üçün ən azı Tofiqin növbəti bir beynəlxalq döyüşdə qalib gəlməsi lazımdır. Qalib gəldikdən sonra belə təşkilatçılarla şərtləri danışmaq lazımdır”.

Şəhriyar Abbasov Tofiq Musayev üçün “TT Fight”dən rəqib də təklif edib:

“Bizdə Ramin Sultanov var. Keçirdiyi 5 döyüşün heç birində uduzmayıb. O, 2020-ci ilin sentyabrın 21-də Bakıda keçirilmiş IFL turnirində Tofiqgilin birgə məşq keçdiyi Xəzər Rüstəmovu məğlub edib. Daha sonra ötən ilin iyunun 18-də Həbib Nurməhəmmədovun turnirində rusiyalı Dmitri Mixailidiyə qalib gəlib. Onların döyüşünə razılıq verərəm”.