Azərbaycanın inanılmaz “MİNA OYUNU” – Ermənistan xəritələri verməyə məcbur qalırbackend

Azərbaycanın inanılmaz “MİNA OYUNU” – Ermənistan xəritələri verməyə məcbur qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, iyulun 3-də Ermənistan işğal dövründə, Azərbaycanın Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edilib.

NOCOMMENT.az-ın məlumatına görə, mövzunu şərh edən siyasi ekspert Asif Nərimanlı Metbuat.az-a bildirib ki, Füzuli və Zəngilanın mina xəritələri qarşılığında 15 erməni hərbçinin qaytarılması məsələsində müzakirəyə səbəb olan bir neçə məqam var.

“Həmin məqamlardan biri odur ki, erməni diversantlara niyə çox yox, 6 ay həbs cəzası verildi?. İkinci məsələ, məhkəmədə hökm oxunan ermənilər niyə qaytarıldı?. Əslində məsələnin mahiyyəti 6 aylıq cəzada, daha doğrusu, saxlanılanların bir çoxunun cəza müddətinin geri qayıtmamışdan öncə, məhz Bakıda başa çatmasındadır. Hərçənd, öncə rəsmi Bakının müharibədən sonra saxlanılan erməni diversantlar üzərindən nail olmaq istədiyi hədəflərə baxmaq lazımdır. Birinci hədəf odur ki, Qarabağın Azərbaycan torpağı olduğunu, sərhədlərimiz daxilində istənilən cinayətin Azərbaycan qanunları ilə cəzalandırıldığını Ermənistana, erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə sübut etmək idi. Buna qismən də olsa nail olunub və proses davam etdirilir. İkinci hədəf isə, erməni hərbçiləri Qarabağa hərbi xidmətə getməkdən çəkindirmək, Ermənistan hakimiyyətinin qərarına daxildən təsir etmək idi. Buna da am nail olundu”.

Asif Nərimanlı bildirib  ki, erməni hərbçilərin ailələri övladlarının, yaxud yaxınlarının Qarabağdan geri qaytarılması tələbi ilə çıxış etdilər, bu tələb indi də davam edir. Həmçinin, erməni ailələr övladlarının, yaxud yaxınlarının Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz etdilər. Erməni diversantların saxlanılmasından sonra gerçəkləşən digər fakt da, müharibədən sonra Ermənistandan Qarabağa hərbi çağırışçı göndərilməməsidir.

“Bildirim ki, məsələnin üçüncü hədəfi də var. Bu erməni diversantlardan Ermənistanın daxili siyasətinə təsir göstərmək və mina xəritələri ilə “barter” etmək idi. Bu istiqamətdə konkret nəticələr var: Ağdam, Füzuli və Zəngilanın mina xəritələri alındı. Geri qaytarılan erməni diversantlar arasında Bakıda məhkəmə hökmü ilə 6 aylıq həbs cəzasına məhkum edilənlər var və onların cəza müddəti istintaq dövründə başa çatmış hesab olunur. Görünür, erməni diversantların növbəti dəfə mina xəritələri ilə “barter” edilməsi danışıqları aparılıb və Bakı “barter”dən öcə iki gediş etdi:

1. Erməni diversantları Bakıda məhkəmə önünə çıxardı və hökm oxundu. Cəzalandırılmadan qaytarılması bu ermənilərin rəsmi İrəvanın iddia etdiyi kimi “hərbi əsir” olduğunu qəbul etmək, o cümlədən, müharibədən sonra Qarabağda baş verənlərin Azərbaycanın daxili işi olduğu prinsipinə zidd olardı.

2. Erməni diversantların bir çoxuna 6 aylıq həbs cəzası verilməsi cəzalarının Bakıda başa çatması məqsədi daşıyırdı. Çünki 10 il, yaxud daha çox həbs cəzası verib İrəvana göndərmək olardı, lakin onlar Ermənistana çatan kimi azad olunacaq və qəhrəmanlaşdırılacaqdı. Bakı Ermənistan hakimiyyətinə bu imkanı vermədi”.

Siyasi ekspert bildirdi ki, bu gedişlərin nəticəsini sıralayan zaman, erməni hərbçilərə Bakıda hökm oxumaqla onların “hərbi əsir” yox, diversant olduğu göstərildiyini, yüngül cəza ilə Azərbaycanın məqsədinin ermənilərin iddia etdiyi kimi “qisas” almaq yox, sərhədləri daxilində dövlət təhlükəsizliyini təmin edilməsi olduğu nümayiş etdirildi və bununla presedent də yaradıldığını görə bilərik. Təbii ki, erməni diversantlardan profillərinə uyğun istifadə olunaraq, mina xəritələri əldə edildi. Asif Nərimanlı qeyd etdi ki, prosesin davam edəcəyi və digərlərindən də profillərinə uyğun istifadə ediləcəyi gözləniləndir.