Azərbaycanın iqlim dəyişiklikləri ilə bağlı təşəbbüsləri dünyada böyük dəstək qazanır – RƏYbackend

Azərbaycanın iqlim dəyişiklikləri ilə bağlı təşəbbüsləri dünyada böyük dəstək qazanır – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda dünyada baş verən qlobal iqlim dəyişiklikləri beynəlxalq ictimaiyyəti ciddi narahat edir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu fikirləri COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü, parlament seçkilərində 99 saylı Bərdə seçki dairəsindən lider namizəd Fatma Yıldırım deyib.

O bildirib ki, məhz bu istiqamətdə fəallığın nəticəsi olaraq COP29-un keçirilməsi Azərbaycana etibar edilib:

“Təbii ki, bu qərarın verilməsində prezident İlham Əliyevin uğurlu siyasəti başlıca rol oynayır. Cari il ərzində COP29 çərçivəsində Azərbaycan tərəfindən mühüm tədbirlər həyata keçirilib, beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edilib. Atılan vacib addımlardan biri Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılmasıdır.

Bu platformanın məqsədi tərəflər arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir”.

Fatma Yıldırımın sözlərinə görə, Bakı Qlobal İqlim Şəffaflığ Platformasını nüfuzlu beynəlxalq təşkilatlar da dəstəkləyir:

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin: “Bu platformanın yaradılması iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayacaq” – fikri də bunu deməyə əsas verir.

Azərbaycanda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilir. İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında “Az karbonlu inkişaf üzrə Milli Strategiya”, “Milli Adaptasiya Planı” və digər önəmli sənədlərin hazırlanmasına başlanılıb”.

Q qeyd edib ki, beynəlxalq birlik iqlim dəyişiklikləri problemindən çıxış yolları axtarır:

Ümumiyyətlə, iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi olduqca əhəmiyyətlidir. İqlim dəyişiklikləri nəticəsində yaranan fəsadlar bəşəriyyət üçün təhlükə mənbəyidir. Buna görə də, beynəlxalq birlik problemlərdən çıxış yolları axtarır.

İqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycan da müxtəlif təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dünyada böyük dəstək qazanır. Bakı Qlobal Şəffaflıq Platforması bu istiqamətdə əsas vasitələrdən biri olacaq və qlobal səylərin birləşdirilməsinə imkan yaradacaq bu platforma iqlim dəyişiklikləri ilə mübarizədə şəffaflığı təmin edəcək, dövlətlər və təşkilatlar arasında əməkdaşlığı gücləndirəcək və qlobal miqyasda iqlim siyasətlərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək”.