Azərbaycanın işğal altındakı ərazilərində qərarlar İrəvanda qəbul edilirdi – RƏYbackend

Azərbaycanın işğal altındakı ərazilərində qərarlar İrəvanda qəbul edilirdi – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olanda bütün qərarların İrəvanda qəbul edildiyinə dair heç bir şübhə olmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, vaxtilə mətbuatda bununla bağlı çoxsaylı məlumatlar yayımlanırdı:

“Eyni zamanda, istintaq çox ciddi dəlillər ortaya qoymuşdu və hazırda davam edən məhkəmə prosesində də hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslər özləri bunları etiraflar edirlər. Onların ifadələri də göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək, birləşdirmək barədə çox ciddi fikirləri var idi. Ermənistan Ali Sovetinin 1989-cu ilin dekabrında Azərbaycanın Dağlıq Qarabağ ərazisinin ona birləşdirilməsi barəsində qərarı qüvvədə idi”.

Deputat bildirib ki, Ermənistanda hakimiyyətdə olanlar Azərbaycan əraziləri işğal altında saxlayıb, öz əraziləri kimi idarə ediblər:

“Qarabağa rəhbərlər bir qayda olaraq İrəvandan göndərilirdi. Ermənistanın illik büdcəsindən keçmiş separatçı rejimə böyük vəsait ayrılırdı.

Azərbaycan faktiki olaraq öz ərazilərini Ermənistanın işğalından azad etdi. Bu faktı Ermənistan tarixçiləri, təbliğatçıları heç vaxt ört-basdır edə bilməyəcəklər. Faktlar bir daha göstərir ki, Azərbaycan ərazisinin bir hissəsində yaşayan bir qrup erməninin guya “müstəqillik” elan etməsi, orada hakimiyyət qurması boş sözdən başqa nəsə deyil.

Azərbaycan öz suverenliyini bərpa etdi, dünya birliyində nüfuzunu daha da artırdı. Bu gün müttəhimlər kürsüsündə keçmiş separatçı qurumun rəhbərləri əyləşiblər. Amma zaman gələcək bu gün xaricdə gizlənən, vaxtilə ölkəmizə qarşı müharibə, genosid, dağıntılar törədən insanlar üzərində də Azərbaycan məhkəmə quracaq”.

Qeyd edək ki, hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Arayik Harutyunyan ifadə verərək Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistanın məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, “Qarabağ müdafiə ordusu” da Ermənistan silahlı qüvvələrinə daxil idi.