Azərbaycanın keçmiş baş nefroloqu vəfat edibbackend

Azərbaycanın keçmiş baş nefroloqu vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin rəhbəri, Səhiyyə Nazirliyinin keçmiş baş nefroloqu, tibb elmlər doktoru, professor Mehman Ağayev vəfat edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, COVİD-19-a yoluxan alim bu gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1962-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.1971-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında həkim-nefroloq kimi işləyib. 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında Böyrəkköçürmə və hemodializ şöbəsinin müdiri təyin olunub.

1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilib və ömrünün sonuna qədər həmin vəzifədə çalışı. 2010-cu ildə Azərbaycanın “Əməkdar Həkimi” fəxri adına layiq görülüb. Həmin il ATU-nun Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunub.

262-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanin, 2 elmi-tədris filmin, 1 ixtiranın müəllifidir.

2011-ci ildə Səhiyyə Nazirliyinin baş nefroloqu seçilib.