Azərbaycanın keçmiş deputatı 2 milyardlıq hotelini istifadəyə verdibackend

Azərbaycanın keçmiş deputatı 2 milyardlıq hotelini istifadəyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Jeleznovodsk şəhərində Qafqaz Mineral Sularının ən iri sağlamlıq mərkəzlərindən biri olan beşulduzlu “İstoçnik Jeleznovodsk” sanatoriya tipli hoteli açılıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, sanatoriya şəhərin mərkəzində, yarımqəzalı vəziyyətdə olan binanın yerində üç il ərzində tikilib başa çatdırılıb. Hotelin tikintisinə və üümumilikdə layihəyə 2 milyard rubla yaxın pul xərclənib.

Stavropol qubernatorunun mətbuat xidmətinin məlumatında deyilir ki, sanatoriya xarici investisiya hesabına tikilib, investor isə Azərbaycan şirkətidir. Açılış mərasimində layihənin investoru Əsabil Qasımov (azərbaycanlı biznesmen-oliqarx, keçmiş deputat) və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Əsabil Qasımov 2016-ci ildə Yessentukidə 1.5 milyard rubl investisiya hesabına 400 yerlik “İstoçnik” sanatoriyasını da açmışdı.