Azərbaycanın prokurorluq orqanlarının əməkdaşları Türkiyəyə səfər edib – FOTObackend

Azərbaycanın prokurorluq orqanlarının əməkdaşları Türkiyəyə səfər edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Baş Prokurorluğunun, Hərbi Prokurorluğun, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarından ibarət 11 nəfərlik heyət Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin Bakıya rəsmi səfəri zamanı imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində təcrübə mübadiləsi aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya səfər edib.

NOCOMMENT xəbər verir ki, Ankarada xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adını daşıyan parkı ziyarət edən heyət abidənin önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıb.

Prokurorluq əməkdaşları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıtqəbirini də ziyarət ediblər.