Azərbaycanın süni peyki yarım milyona sığortalandıbackend

Azərbaycanın süni peyki yarım milyona sığortalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, tenderin nəticəsinə əsasən, “Paşa Sığorta” ASC (VÖEN – 1400837161) bir il müddətində (2014-cü il) “Azersky” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək.

Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 517 min 900 manat ödəyəcək. “Azersky” peykinin dəyəri 24,3 milyon avroya (43,7 milyon manat) bərabərdir.

Məlumat üçün bildirək ki, “Azersky” peyki Azərbaycana məxsus 3 peykdən biridir. Hazırda Azərbaycanın 2 rabitə peyki (“Azerspace-1” və “Azerspace-2”) və 1 müşahidə peyki (“Azersky”) var.

Qeyd edək ki, “Azersky” Azərbaycanın ilk yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peykidir. Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb.

Onu da bildirək ki, “Azersky”ı sığortalayan “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.