Azərbaycanın tanınmış ixtiraçısı vəfat etdibackend

Azərbaycanın tanınmış ixtiraçısı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Aviasiya Akademiyasının (MAA) Elmi İstehsalat Birliyinin Elmi-Tədqiqat, Nəqliyyat və Aerokosmik Problemləri İnstitutunun direktor müavini, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Telman Nizamov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, o, 84 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Mərhum Ağdaş rayonunda dəfn olunub.

Qeyd edək ki, T.Nizamov 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis elektromexanik ixtisası üzrə bitirib. O, milli və beynəlxalq elmi jurnallarda dərc edilən 170-dən çox elmi işin, o cümlədən 65-ə yaxın milli və beynəlxalq patentin və bir dərsliyin müəllifi və ya həmmüəllifidir. “SSRİ ixtira­çısı” adına layiq görülüb.

Mərhum AZAL  və MAA-nın alim və mütəxəssislərinin ixtira və tətbiq etdikləri yeni texnika və texnologiyaları müsabiqəsinin qalibi olub, ixtiraçılıq sahəsində respublika müsabiqələrində 2015-ci ildə ikinci, 2016, 2017-ci illərdə birinci yerə layiq görülüb.

T.Nizamov Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib və Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. 2023-cü ilin yanvar ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mühəndis adına layiq görülüb.