Azərbaycanın Tokio-2020 ilə bağlı mövqeyi açıqlandıbackend

Azərbaycanın Tokio-2020 ilə bağlı mövqeyi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Olimpiya komitələri və idmançılar Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının öz vaxtında keçiriləcəyinə tam əmindirlər.

NOCOMMENT-in report-a istinadən məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib. Almaniyalı funksioner iyulun 23-də başlanacaq Oyunların uğurlu təşkilinə inam ifadə edib. O, özü kimi bütün 206 Milli Olimpiya Komitəsi, beynəlxalq federasiyalar və idmançıların da eyni fikirdə olduqlarını vurğulayıb.

Bax “Tokio-2020″nin yayda keçirilməsinin mümkünsüzlüyünə dair xəbərlərə tənqidi yanaşıb. Onun fikrincə, bütün şayiələr olimpiadaya məhdud şərtlər altında hazırlaşan idmançılara mənfi təsir edir: “Hazırda ləğv, B planı barədə çoxlu spekulyasiya ortaya çıxıb. Hətta Oyunların başqa şəhərə və 2032-ci ilə təxirə salınacağına dair məlumatlar var. Nə deyim? Uğurlar. Bunu Oyunlara hazırlaşan idmançılarla müzakirə etməyi sınaqdan çıxarın”.

İOC prezidentinin fikrincə, olimpiadanın təşkilinin nə qədər çətin olduğunu bilənlər bunun qısa müddətdə gerçəkləşməsinin mümkünsüzlüyünü anlamalıdır: “Biz Oyunların təşkil olunub-olunmayacağına dair söz-söhbətlər aparmırıq, necə keçiriləcəyi üzərində düşünürük”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust – 5 sentyabrda gerçəkləşməlidir.