Azərbaycanın üç boksçusu dünya çempionatında mübarizəyə başlayırbackend

Azərbaycanın üç boksçusu dünya çempionatında mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında Azərbaycanın daha 3 boksçusu mübarizə aparacaq.

NOCOMMENT.azın xəbərinə görə, dünən Ümid Rüstəmov (-57 kq) kubalı rəqibinə 0:3 uduzaraq mübarizəni dayandırıb.

-51 kq
1/16 final
Məsud Yusifzadə – Enxmandaq Xarxuu (Monqolustan)

-63,5 kq
1/32 final
Malik Həsənov – Xuan Reyes (Qvatemala)

-92 kq
1/32 final
Rauf Rəhimov – Luis Vilyams (İngiltərə)

Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 idmançı iştirak edir.

2,6 milyon ABŞ dolları mükafat fondu olan mundialda çempion 100 min dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.